“Ölümə doğru üç addım…” - FOTO - VİDEO

28-09-2019, 13:24
Baxılıb: 1620
Cap et
“Ölümə doğru üç addım…” - FOTO - VİDEO
Qarabağ bölgəsində yetərincə tanınan və böyük nüfuzu ilə seçilən ziyalılarımızdan biri – Arif Əliyevin həyatını əks etdirən “Ölümə doğru üç addım, yaxud erməni girovluğunda 20 gün…” sənədli filminin təqdimat mərasimi keçirildi.

Rakus.az xəbər verir ki, mərasim Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşan Xocalı Mədəniyyət evində təşkil olunan mərasimi “Xənkəndi” məcburi köçkünlərə dəstək ictimai birliyinin sədri Xatirə Vəliyeva açaraq uzun illər Qarabağda rəhbər vəzifələrdə çalışmış Arif Əliyevin ermənilər tərəfindən girov götürülməsinə və 20 gün girovluqlu min bir əziyyətlərə qatlaşmasına toxunaraq filmdə bunun əks olunduğunu bildirdi. Sonra film nümayiş etdirildi.

Milli Məclisin deputatları Flora Qasımova, Elman Məmmədov, Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov, rayon təhsil şöbəsinin müdiri Kazım Əliyev və başqaları çıxış edərək filmin mənəvi əhəmiyyətini yüksək qiymətləndirdilər (Çıxışlardan hissələrlə videolarda tanış ola bilərsiniz).

Arif Əliyev girovluq həyatından danışaraq belə bir filmin çəkilməsində əziyyəti olan hər bir şəxsə dərin minnətdarlığını bildirdi.




Reytinq: