Suriyadan inanılmaz təklif: ABŞ iki ştatını İsrailə versin

28-03-2019, 12:47
Baxılıb: 700
Cap et
Suriyadan inanılmaz təklif: ABŞ iki ştatını İsrailə versin


Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Qolan təpələri əvəzinə İsrailə öz iki ştatını - Şimali və Cənubi Karolinanı bağışlamağı təklif edib.

Tezexeber.Az Tezexeber.az-a istinadən xəbər verir ki, Cəfərinin bu barədə verdiyi bəyanat təşkilatın rəsmi saytında dərc olunub.

Suriyalı diplomat Qolan təpələrinin hər zaman Suriyaya məxsus olduğunu və bundan sonra da Suriya ərazisi qalacağını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun İsrailin Qolan təpələri üzərində suverenliyini tanıması tarixi, coğrafiyanı və bəşəriyyətin vicdanını manipulyasiya etmək cəhdidir.

Cəfəri əlavə edib ki, İsrailin Qolan təpələrini zəbt etməsi beynəlxalq sülh və təhlükəsizliyə real təhdid yaradır.
Reytinq: