Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı

27-03-2019, 16:51
Baxılıb: 380
Cap et
Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı

Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Tezexeber.az-a verilən məlumata görə, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.

19-26 mart tarixlərində dəmir yolu ilə 24880 sərnişin daşınıb. 22423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb.

Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.
Reytinq: