AFFA Xorvatiyadakı səhvə görə xəbərdarlıq etdi — FOTO

27-03-2019, 16:03
Baxılıb: 240
Cap et
AFFA Xorvatiyadakı səhvə görə xəbərdarlıq etdi — FOTO


AVRO-2020-nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilmiş Xorvatiya – Azərbaycan oyununda 72-ci dəqiqədə meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olub.
"Ölkə.Az" Tezexeber.az-a istinadən xəbə assosiasiyanın “Facebook” səhifəsinə istinadən xəbər verir ki, AFFA rəhbərliyi qeyd olunan texniki yanlışla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib.

Belə ki, Emin meydana “Makhmudov” əvəzinə “Makhmudiv” yazılmış forma ilə çıxıb. Federasiyada bu işi görən şəxslərdən biri isə komandanın yeni meneceri Zaur Hacı-Məhərrəmovdur.
Qeyd edək ki, bundan başqa, millimiz seçmə mərhələ oyununa turnirin loqosu olmadan çıxıb. Buna görə AFFA UEFA tərəfindən xəbərdarlıq alıb. AFFA-nın buna görə cərimələnəcəyi gözlənilir.
Reytinq: