Elm Gününə həsr olunmuş "Açıq qapı" günü keçirilir

27-03-2019, 13:28
Baxılıb: 360
Cap et
Elm Gününə həsr olunmuş "Açıq qapı" günü keçirilir
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunda "Açıq qapı" günü keçirilir.

AZƏRTAC xəbər verir ki, Elm Gününə həsr olunmuş tədbirdə son 100 ildə ilk dəfə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş etdirilir. Həmçinin ictimaiyyət nümayəndələrinə bu sahədə aparılan tədqiqatların tarixi, keçdiyi yol haqqında geniş məlumat verilir.
Reytinq: