“Gənclər təşkilatlarında mühasibatlıq, maliyyə idarəetməsi və hesabatlılıq” mövzusunda konfrans keçirilib![]() AZƏRTAC Fondun saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclər təşkilatlarının rəhbər və mühasiblərinin bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onların maliyyə savadlılığının artırılması və fəaliyyətlərinin daha sağlam, etibarlı, dayanıqlı və effektiv formalaşdırılmasıdır. Konfransın birinci hissəsində Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin səlahiyyətli nümayəndələrinin ekspert qismində iştirakı ilə “Qeyri-hökumət təşkilatlarının sosial və vergi öhdəlikləri” və “Qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları” mövzularında panel sessiyası təşkil edilib. Tədbirin ikinci hissəsində gənclər təşkilatlarının rəhbərləri və mühasiblərin iştirakı ilə praktiki təlim keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Reytinq:
|
|
Xəbər lenti
15:56
Azərbaycan ilə Dağıstan arasında dəmiryol nəqliyyatı üçün sərhəd keçid qaydaları sadələşdirilə bilər13:28
Şamaxıda vulkan püskürüb13:28
Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərlərinin xanımlarının görüşü keçirilib13:23
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb |