Əkizlərin 6 evi var

15-03-2019, 14:30
Baxılıb: 120
Cap et
Əkizlərin 6 evi var
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları yeni ev alıblar. Tezexeber.az-ın məlumatına görə, bu haqda prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. O bildirib ki, bacılar hazırda yeni mənzillərini təmir etdirməklə məşğuldurlar.

Qeyd edək ki, bu, Sevil və Sevincin sayca altıncı evidir. Əkizlər bir müddət əvvəl "O başdannan" verilişində 5 evləri olduğunu demişdilər.

"Sulutəpədə ikimərtəbəli evim var. Xırdalanda bir mənzilə sahibik. Mərdəkanda və Şıxovda həyət evim var. Masallıda isə böyük bir evimiz var" deyə, ifaçılar söyləyib.
Reytinq: