İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb

24-03-2019, 13:52
Baxılıb: 2440
Cap et
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 60 milyon ABŞ dollarına çatıb.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, yanvar-fevralda Belarusdan ölkəmizə idxalın dəyəri 55,9 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 3,3 milyon dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.
Reytinq: