Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılacaq

23-03-2019, 12:36
Baxılıb: 2600
Cap et
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılacaq
“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.

“Azərbaycan Dəmir Yolları” qsc-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AZƏRTAC-a bildirib ki, martın 25-dən Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin ediləcək. Qeyd edib ki, qatar Gəncədən saat 18.00-da yola düşəcək və Bakıya saat 22.15-də çatacaq.
Reytinq: