"AtaBank" depozit qutuları üzrə Novruz kampaniyasına başlayır

14-03-2019, 12:43
Baxılıb: 140
Cap et
"AtaBank" depozit qutuları üzrə Novruz kampaniyasına başlayır
Martın 14-dən etibarən "AtaBank"ın depozit seyflərindən istifadə etmək üçün icarəhaqqının 50 faizini ödəmək yetərlidir. Yəni kampaniya müddəti ərzində 30 manatlıq seyf 15 manata, 50 manatlıq seyf 25 manata, 70 manatlıq seyf isə 35 manata icarəyə verilir.

Müştərinin arzusuna görə müxtəlif ölçülü depozit qutuları təklif olunur. İcarəhaqqı qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyflərinin icarə müddəti 1 aydan 1 ilədəkdir. Müştərilərin rahatlığı üçün qutular "AtaBank" ASC-nin iki ünvanında təqdim olunur: Baş ofis və "Dostluq" filialı.

Bu qutularda pul vəsaiti, zinət əşyaları, sənəd və qanunla qadağan olunmamış digər dəyərli əşyalar saxlamaq mümkündür.

Xatırladaq ki, seyflər bankın ən yüksək mühafizə sistemi və kompleks açarlarla qorunur.

Novruz bayramı ərəfəsində yarı qiymətə təklif olunan depozit qutularından faydalanmağa tələsin. Endirim kampaniyası aprelin 30-dək davam edəcək.

Bankın xidmət və kampaniyaları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 "qaynar xətti"nə zəng vura və ya bankın yenilənmiş internet səhifəsini ziyarət edə bilərlər – www.atabank.com
Reytinq: