Futzal millimiz Latviya və Serbiya ilə qarşılaşacaq

28-03-2019, 11:30
Baxılıb: 820
Cap et
Futzal millimiz Latviya və Serbiya ilə qarşılaşacaq


Aprelin 8-də və 9-da Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq futzal üzrə Azərbaycan milli komandası 4 yoldaşlıq oyunu keçirəcək.

Qol.az xəbər verir ki, yığmamız hazırlıq prosesində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığması ilə qarşılaşacaq.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Reytinq: