"Barselona" "Mançester Yunayted"in ulduzunu transfer siyahısına saldı

27-03-2019, 13:18
Baxılıb: 500
Cap et
"Barselona" "Mançester Yunayted"in ulduzunu transfer siyahısına saldı


32 yaşlı Luis Suaresin yerinə hüumçu axtaran "Barselona" "Mançester Yunayted"in forvardını transfer siyahısına salıb.

Tezexeber.az xəbər verir ki, Kataloniya klubu 21 yaşlı Luka Yoviç və 28 yaşlı Antoine Qrizmanndan sonra Markus Raşfordla da maraqlanmağa başlayıb.

21 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. O, hələlik Premyer Liqa klubu yeni müqaviləni razılaşdıra bilməyib.

"El Mundo Deportivo"nun məlumatına görə, "Barselona" Raşfordla "Mançester Yunayted" arasında gedən danışıqları yaxından izləyir. Tərəflər analaşa bilməsə, kataloniyalılar transfer üçün hərəkətə keçəcək.

Qeyd edək ki, Raşford cari mövsümdə forma geyindiyi 38 matçda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Reytinq: