Jezniçak "Qarabağ"dan gedə bilər: "Cəhd edə bilərəm"

27-03-2019, 13:16
Baxılıb: 500
Cap et
Jezniçak "Qarabağ"dan gedə bilər: "Cəhd edə bilərəm"
"Müqaviləmin müddəti mövsümün sonuna qədərdi. Qərar məndən asılı olsa, onu artırmaq istəyərəm. Necə olacağını görəcəyik".

Tezexeber.az xəbə verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yakub Jezniçak deyib.

Ölkəsinin mətbuatına müsahibə verən polşalı müdafiəçi yeni müqavilə üçün mövsümün sonunu gözlədiklərini bildirib: "Müqavilə siyasəti Polşadakından bir az fərqlidi. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış futbolçu ilə danışıq olur və anlaşma bitdikdən sonra hər iki tərəf razılaşır. Hələ ki, mövsümün sonunu gözləyirik, ondan sonra nə olacağını biləcəyik. Bəlkə üfiqdə başqa, ekzotik istiqamətdən maraqlı təklif gəldi. Mən cəhd edə bilərəm".

Jezniçak "Polşa istiqaməti ekzotik deyil. Ancaq "Legiya"dan təklif alsanız, hansı addımı atacaqsınız" sualına belə cavab verib: "Hələ heç nə yoxdu. "Legiya" hazırda yaxşı futbolçulara sahibdi. Əlbəttə, əgər belə bir variant yaransa, nəzərdən keçirmək olar. Qəlbim hər zaman o klub üçün döyünür. Mən üzərində "eLka" yazılan forma altında çox mübarizə aparmışam. Bu üzdən "Legiya" ilk sıradadı. Ancaq futbolçunu həyatı oynadığı, istədiyi yerdə davam edir".

Futbolçu "Qarabağ"ın çempionluq şanslarını da dəyərləndirib: "Bizim heyətimiz "Neftçi"dən daha güclüdü. Doğrudu, onlar bu mövsüm yaxşı çıxış edirlər və maraqlı oyunçuları var. Ancaq qarşıdakı bir neçə oyun var və son turda "Neftçi" ilə qarşılaşacağıq. Fikrimcə, bu, çempionluq oyunu olacaq. Bundan əlavə, ölkə kubokunda da yolumuza davam edirik. Biz dubla imza atmaq niyyətindəyik".
Reytinq: