"Mançester Yunayted" "Arsenal"la "Liverpul"a rəqib oldu

15-03-2019, 13:17
Baxılıb: 80
Cap et
"Mançester Yunayted" "Arsenal"la "Liverpul"a rəqib oldu
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer mövsümün sonu üçün transfer siyahısını hazırlamağa başlayıb.

Tezexeber.az xəbər verir ki, norveçli mütəxəssisin müqaviləsi mövsümün sonunda başa çatsa da, klub rəhbərliyinin onunla yola davam edəcəyi dəqiqdi. Baş məşqçi artıq gələn mövsüm üçün istədiyi bəzi futbolçuları müəyyənləşdirib. Onlardan birinin adı isə mətbuata sızıb.

Sulşerin istədiyi futbolçulardan biri Vissam Ben-Yedderdi. Fransa millisinin Tunis əsilli üzvü 2016-cı ildə "Lion"dan "Sevilya"ya 9,5 milyon avroya transfer olunub. 28 yaşlı forvard bu mövsüm meydana çıxdığı 42 rəsmi oyunda 26 qol vurub və 8 məhsuldar ötürmə edib.

Son illərdə xüsusən Premyer Liqa klubları bu futbolçuya maraq göstərir. Bundan əvvəl "Arsenal" və "Liverpul" hücumçuya görə "Sevilya"nın "qapısını döyüb.

"The Sun"un iddiasına görə, "Mançester Yunayted" rəhbərliyi Ben-Yedder üçün yayda "Sevilya"ya mürciət edəcək və yüksək məbləğdə transfer haqqı təklif edəcək.
Reytinq: