UEFA nümayəndələri Bakıya gəldi

11-02-2019, 12:23
Baxılıb: 140
Cap et
UEFA nümayəndələri Bakıya gəldi
Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Azərbaycan paytaxtına sonuncu – 5-ci işgüzar səfəri başlayıb.

Tezexeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və s. məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq. Səfər fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da keçiriləcək.
Reytinq: