Köməksiz qalan 5 nəfər xilas edildi - Bakıda

9-01-2019, 16:20
Baxılıb: 4220
Cap et
Köməksiz qalan 5 nəfər xilas edildi - BakıdaBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Tezexeber.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Digər məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Yasamal rayonunda isə liftdə qalan 3 nəfər FHN əməkdaşları tərəfindən xilas olunub.
Reytinq: