Azərbaycanlı tələbənin dəhşətli sonu - Meyiti parkda tapıldı

28-03-2019, 11:51
Baxılıb: 960
Cap et
Azərbaycanlı tələbənin dəhşətli sonu - Meyiti parkda tapıldı


Gürcüstanda Azərbaycan vətəndaşı olan tələbə intihar edib.

Publika.az xəbər verir ki, Tbilisinin Ortaçala adlanan ərazisində yerləşən parkda Balakən rayon İtitala kənd sakini, 1997-ci il təvəllüdlü Qurqunayev Ümid Şamil oğlunun ağacdan asılmış meyiti tapılıb.

İlkin araşdırma zamanı 22 yaşlı oğlanın intihar etdiyi məlum olub.

Ü.Qarqunayevin cənazəsi doğulduğu kəndə gətirilib və bu gün dəfn edilib.

Qeyd edək ki, intihar edən 22 yaşlı oğlan Tbilisidəki ali məktəblərdən birində təhsil alırmış.
Reytinq: