ABŞ-a səfərini yarımçıq saxladı - raket zərbəsinə görə

25-03-2019, 14:24
Baxılıb: 800
Cap et
ABŞ-a səfərini yarımçıq saxladı - raket zərbəsinə görə
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb.

Tezexeber.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. verir ki, Netanyahu bildirib ki, Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim: "Bir neçə saatdan sonra ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerində rəhbərlik edəcəm”, - B.Netanyahu vurğulayıb.

O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib.

İsrailin hökuməti başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi.

Qeyd edək ki, dünən Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə raket Tel-Əvivin şimal hissəsinə düşüb, nəticədə 6 nəfər yaralanıb.
Reytinq: