Polisdən antiterror əməliyyatı: 21 nəfər həbs olundu

10-02-2019, 14:26
Baxılıb: 520
Cap et
Polisdən antiterror əməliyyatı: 21 nəfər həbs olundu
Trabzon, İstanbul, Ankara, Hatay, Giresun, Şırnak, Balıkəsir, Ərzurum, Osmaniyə, Kütahya, Samsun, Təkirdağ və Elazığ da daxil olmaqla, Türkiyənin 13 vilayətində eyni vaxtda antiterror əməliyyatı keçirilib.

Tezexeber.az bildirir ki, FETÖ/PDY terror təşkilatlarına qarşı təşkil edilən əməliyyatda şübhəli qismində 21 nəfər həbs olunub. Həbs olunalar arasında yüksək rütbəli zabitlər də var.
Reytinq: