Dərmanlar yalnız qutu ilə satılacaq - Yeni qayda

10-02-2019, 14:24
Baxılıb: 320
Cap et
Dərmanlar yalnız qutu ilə satılacaq - Yeni qayda
Rumıniyada dərmanların ədədlə satışına qadağa qoyulub.

Tezexeber.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqı yeni qaydalar qəbul edib.

Fevralın 10-dan başlayaraq yeni Avropa direktivi, qaydası əczaçıların xəstələrə yalnız qutu şəkilində dərmanların satışına icazə verir. Yeni qayda Avropa İttifaqına üzv ölkələrdə dərmanların saxta olub-olmadığını yoxlamaq məqsədi daşıyır.

Bu qərar Rumıniyada yaşayan kasıb insanlara çox mənfi təsir göstərəcək. Onlar artıq aptekdən bir və ya iki həb dərman ala bilməyəcəklər.
Reytinq: