Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzinin binasında baş vermiş yanğın tam söndürülüb

27-03-2019, 13:29
Baxılıb: 880
Cap et
Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzinin binasında baş vermiş yanğın tam söndürülüb
Paytaxtın Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzinin binasında baş vermiş yanğın tam söndürülüb. Hazırda müvafiq tədbirlər görülərək binanın aidiyyəti qurumlara təhvil verilməsi və digər məsələlərlə bağlı işlər görülür.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

O bildirib ki, FHN-in və digər aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədirlər. Ərazidə mühafizə tədbirləri davam etdirilir. Soyutma işləri başa çatdırılıb.

“Hadisə zamanı operativ və peşəkar müdaxilə nəticəsində yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Ticarət mərkəzində olan xüsusi boya maddələrinin partlama təhlükəsi var idi. Onların qarşısı peşəkarlıqla alındı. İnsan həyatı üçün təhlükə ilə bağlı məsələlərə ciddi diqqət yetirildi. Hadisə FHN-in rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülüb. Artıq heç bir təhlükə qalmayıb. Bundan sonra da müvafiq tədbirlər görüləcək”, - deyə Yəhya Babanlı qeyd edib.
Reytinq: