Xaçmaz rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkarlanıb

11-02-2019, 12:08
Baxılıb: 340
Cap et
Xaçmaz rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkarlanıb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında əvvəllər məhkum edilən S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri aparılır.
Reytinq: