Xəzər rayonu ərazisində mənzillərdən və mağazadan oğurluq edən şəxslər yaxalanıblar

9-02-2019, 13:03
Baxılıb: 340
Cap et
Xəzər rayonu ərazisində mənzillərdən və mağazadan oğurluq edən şəxslər yaxalanıblar
Xəzər rayonu ərazisindəki evlərin birindən pul oğurlanması barədə rayon polis idarəsinin 2-ci polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Həmin mənzildən 1600 ABŞ dollarının oğurlanması müəyyənləşib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Binə qəsəbə sakinləri A.Qazıyev, C.Həsənov və V.Qasımov olmaları müəyyən edilib. Onların rayon ərazisindəki bir mağazadan və evdən ərzaq məhsulları, məişət əşyaları oğurladıqları məlum olub.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 24-də rayon ərazisindəki evlərin birindən iki samovar oğurlamaqda şübhəli bilinən şəxs də saxlanılıb.

Saxlanılan şəxsin Binə qəsəbə sakini E.İsmayılov olması, əvvəllər oğurluq və narkotik vasitə istifadə etdiyinə, daşıdığına görə məhkumluq həyatı yaşadığı müəyyənləşib.

Faktlarla əlaqədar araşdırmalar aparılır.
Reytinq: