Bakı Dövlət Universitetinin tələbəsi: Biz gənclər Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik

3-02-2019, 13:33
Baxılıb: 5260
Cap et
Bakı Dövlət Universitetinin tələbəsi: Biz gənclər Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik
Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak edən gənc kimi deyə bilərəm ki, dövlətimizin başçısı Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşır. Gənclərlə bağlı qəbul olunan dövlət proqramları, imzalanan fərman və sərəncamlar bunun əyani təzahürüdür. Prezident İlham Əliyev biz gənclərə güvənir, biz də dövlətimizin başçısına inanır və onun siyasətini dəstəkləyirik.

Bu sözləri Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dördüncü kurs tələbəsi Əkbər Əliyev AZƏRTAC-a müsahibəsində bildirib.

Əkbər Əliyev deyib ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların Gənclər Kuboku” bilik yarışında Bakı Dövlət Universitetinin hüquq fakültəsinin komandası da iştirak edib. “Belə intellektual bilik yarışlarının keçirilməsinin gənclərə böyük faydası var. Bu yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında intellektual və elmi bazanın artırılması ilə bağlı qarşıya qoyulmuş vəzifənin həyata keçirilməsi üçün atılmış mühüm addımdır”, - deyə o əlavə edib.
Reytinq: