Bakıda mənzildə qadın meyiti aşkarlanıb

11-12-2018, 11:22
Baxılıb: 5060
Cap et
Bakıda mənzildə qadın meyiti aşkarlanıbBakıda mənzildə qadın meyiti aşkarlanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Nenikova Raisa Zaxarovnanın (təvəllüdü dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
Reytinq: